Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 milyon 316,5 min dekalitr meyvə şirəsi istehsal edilib.
İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % azdır.
Hesabat dövrünə Azərbaycanda 138 249,8 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu da, illik müqayisədə 1,6 % çoxdur.
Oktyabrın 1-nə ölkədə 755,4 min dekalitr meyvə şirəsi ehtiyatı, 27 417,5 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb.