Qarşıdakı günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpinin görüşü gözlənilir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Pekində çinli həmkarı Vanq Yi ilə görüşü zamanı deyib.
O bildirib ki, iki ölkə liderləri oktyabrın 17-si və ya 18-də görüşəcəklər: “Onlar ölkələrimiz arasındakı münasibətlərin bütün kontekstlərini müzakirə edəcəklər”.
Nazirin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.