HƏMAS və digər Fələstin yaraqlıları Qəzza zolağında 199 nəfəri girov saxlayır.
İnterpress.az “Associated Press”ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin rəhbəri Daniel Xaraqi bildirib.
Onun sözlərinə görə, girov götürülənlərin ailələri bununla bağlı artıq məlumatlandırılıb. Lakin o, elan edilən girov sayına digər ölkələrin vətəndaşlarının daxil olub-olmadığını qeyd etməyib.
Xatırladaq ki, daha əvvəl fələstinli qruplar Qəzza zolağında 130-a yaxın girov saxladıqlarını bildirmişdilər.