Suqovuşan istirahət parkı üçün ilkin olaraq 4 milyon manat ayrılacaqbackend

Suqovuşan istirahət parkı üçün ilkin olaraq 4 milyon manat ayrılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki istirahət parkının ilkin olaraq müqavilə dəyəri 4 milyon manat təşkil edir.

İnterpress.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məbləğə parkın hər iki mərhələdə inkişafı daxildir: “Buna həmçinin layihələndirmə işləri, layihə-smeta sənədlərinin hazırlanması daxildir”.

Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.