Avstraliyada “X” 386 min dollar cərimə olunubbackend

Avstraliyada “X” 386 min dollar cərimə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“X” sosial media platforması Avstraliyada uşaq istismarı ilə mübarizə ilə bağlı aparılan istintaqla əməkdaşlıq etmədiyi üçün təxminən 386 min dollar cərimə olunub.

Bu barədə İnterpress.az ABC News-a istinadən xəbər verir.

Məlumata görə, Avstraliya e-Təhlükəsizlik Komissiyası tərəfindən edilən açıqlamada, ölkədə 2021-ci ildə qüvvəyə minən qanun çərçivəsində Komissiyanın internet tətbiqi şirkətlərindən təhlükəsizlik siyasətləri haqqında məlumat tələb edə biləcəyi və buna əməl etməyənlərə cərimə tətbiq oluna bilər.

İlin əvvəlində hazırlanan hesabatda X, TikTok, Google, Twitch və Discord-un uşaq istismarı ilə bağlı tətbiqlərinin araşdırıldığı, bəzi texnologiya şirkətlərinin bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirib.

Bildirilib ki, komissiya həmçinin Google-a uşaq istismarı məzmunu ilə bağlı məlumat tələbinə əməl etmədiyi üçün xəbərdarlıq edib.