Nigeriyada silahlı şəxslərin qaçırdığı 4 tələbə azad edilibbackend

Nigeriyada silahlı şəxslərin qaçırdığı 4 tələbə azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Zamfara əyalətində silahlı şəxslər tərəfindən qaçırılan 4 universitet tələbəsi ordu tərəfindən əməliyyat nəticəsində azad edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya ordusu Zamfara əyalətindəki Qusau Federal Universitetində silahlı şəxslərin 4 tələbəni qaçırdığını açıqlayıb.

Hücumdan dərhal sonra ordunun təşkil etdiyi əməliyyatda 4 şagird xilas edilib.

Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu adi haldır.

Ölkədə sonuncu hücum sentyabrın 22-də Zamfara əyalətindəki Qusau Federal Universitetində 35 nəfərin qaçırıldığı vaxt olub.

Hücumdan sonra həyata keçirilən əməliyyatlarda 13 şagird xilas edilib.

22 nəfər hələ də axtarışdadır.