İŞİD-in yüksək rütbəli lideri 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İŞİD terror təşkilatının yüksək vəzifəli icraçısı adlandırılan “Əbu Zeyd” kod adlı terrorçu Bəşər Əl Sumaidai Türkiyədə saxlanılıb.
Terrorçu Bəşər Hattab Qəzal Əl Sumaidai “bir qruplaşma yaratmaq və ona rəhbərlik etmək” ittihamı ilə 17 il 6 ay həbs cəzasına məhkum edilib.