Belçikanın paytaxtı Brüsseldən yola düşən və Avropa Parlamentinin (AP) üzvlərini daşıyan sürətli qatar səhvən Fransanın Strasburq yerinə deyil, Disneyland Paris əyləncə parkına gedib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BFMTV kanalının xəbərinə görə, bu gün səhər saatlarında Brüsseldən yola düşən sürətli qatar Strasburqa çatmalı idi.
Avropa Parlamentinin üzvlərini daşıyan qatar Fransanın Ruasi-Şarl-de-Qol stansiyasına çatanda yanlış yola yönəldilib.
Qatar Avropa Parlamentinin deputatlarını səhvən Strasburqa deyil, 400 kilometr uzaqlıqdakı Disneylend Parisə aparıb.
Fransanın SNCF dəmir yolu şirkəti tərəfindən verilən açıqlamaya görə, deputatları daşıyan qatarın 45 dəqiqə gecikmə ilə Strasburqa getdiyi bildirilib.
Qatarda olan deputatlar AP-nin Strasburqdakı binasında keçiriləcək Baş Assambleyaya qatılacaqlar.