ABŞ: 2 min ABŞ əsgəri yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirildibackend

ABŞ: 2 min ABŞ əsgəri yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi bildirib ki, “Yaxın Şərqdə inkişaf edən təhlükəsizlik mühiti” nəzərə alınmaqla, təxminən 2000 ABŞ hərbi qulluqçusu yüksək hazırlıq səviyyəsinə yerləşdirilib, lakin bu personalın yerləşdirilməsi ilə bağlı heç bir qərar verilməyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pentaqonun verdiyi açıqlamada, ABŞ Müdafiə Naziri Lloyd Austin’in yerləşdirmə əmrinə hazırlıq üçün təxminən 2 min şəxsi və bəzi əsgərləri “yüksək hazırlıq” vəziyyətinə gətirdiyi qeyd edilib.

Açıqlamada hazırda hər hansı bir qoşun yeridilməsi ilə bağlı qərarın verilmədiyi vurğulansa da, Ostinin bu mövzuda vəziyyəti qiymətləndirməyə davam edəcəyi, müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayacağı bildirilib.

Açıqlamada həmçinin bildirilib ki, Austin USS Gerald R. Ford komandasının ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa-Afrika/Altıncı Donanma Əməliyyat Teatrında missiyasının uzadılmasını təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyinin oktyabrın 8-də verdiyi açıqlamada, HƏMAS-ın başlatdığı hücumlarda İsrailə kömək etməyə hazır olmaq üçün təyyarədaşıyan donanmasının Şərqi Aralıq dənizinə göndərilməsi əmrinin verildiyi bildirilib.

Açıqlamada USS Gerald R. Ford təyyarədaşıyan gəmisi və onu müşayiət edən kreyser və hücum gəmilərinin Şərqi Aralıq dənizinə doğru istiqamətləndiyi vurğulanıb.

Bundan əlavə, İsrail ordusu oktyabrın 11-də qabaqcıl döyüş sursatı daşıyan ilk ABŞ təyyarəsinin İsrailə gəldiyini açıqlayıb.