Çin döyüş təyyarələrindən Kanadanın kəşfiyyat təyyarələrinə MÜDAXİLƏbackend

Çin döyüş təyyarələrindən Kanadanın kəşfiyyat təyyarələrinə MÜDAXİLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin döyüş təyyarələri Şərqi Çin dənizi yaxınlığında Şimali Koreyanın sanksiyalarını izləmək üçün Kanadanın kəşfiyyat uçuşlarına müdaxilə ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, insident zamanı təyyarədə jurnalistlər, həmçinin Birinci Hava Diviziyası komandiri general-mayor İain Haddleston olub.

Tamamilə beynəlxalq hava məkanında olduqlarını deyən Huddleston Şimali Koreyaya qarşı neft sanksiyalarını izləmək üçün Çin döyüş təyyarələrinin Kanadanın Şərqi Çin dənizi yaxınlığında kəşfiyyat uçuşlarına “müdaxilə etməsi” ilə bağlı bildirib.

Hadisənin həvəskar və çox aqressiv olduğunu bildirən Huddleston əlavə edib: “Digər təyyarələrlə sıx şəkildə uça bilərik və tamamilə təhlükəsiz ola bilərik. Bununla belə, bir təyyarə başqalarının yanında aqressiv manevrlər etdikdə təhlükəsizlik problemi yaranır”.

Kanada Müdafiə Naziri Bill Blair mətbuata verdiyi açıqlamada hadisəni “təhlükəli və ehtiyatsızlıq” olaraq qiymətləndirib: “Bu davranışlar heç vaxt qəbul edilə bilməz və bunu Çin Xalq Respublikasına ən uyğun şəkildə ifadə edəcəyik”.