Sabah Gürcüstan parlamenti üçün əlavə təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Oktyabrın 18-də, prezidentin impiçmenti dinlənildiyi gün Gürcüstanın Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq.
“Bu il oktyabrın 18-də Gürcüstan parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstan Parlament Sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, sarı səviyyə Gürcüstanın Parlament Sarayında təhlükəsizlik tədbirləri qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb. Məhdudiyyət media nümayəndələrinə şamil edilmir.
Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, – məlumatda deyilir.