BMT-nin İrana tətbiq etdiyi ballistik raket embarqosu bu gün başa çatırbackend

BMT-nin İrana tətbiq etdiyi ballistik raket embarqosu bu gün başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran xarici işlər nazirinin müavini Əli Bakıri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) İrana qarşı tətbiq etdiyi ballistik raket embarqosunun bu gündən etibarən sona çatdığını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“BMT Təhlükəsizlik Şurasının 2231 saylı fərmanı çərçivəsində İrana tətbiq etdiyi ballistik raketlərə qarşı ədalətsiz embarqo oktyabrın 18-də başa çatır. İran artıq BMT Təhlükəsizlik Şurası çərçivəsində heç bir məhdudiyyətə məruz qalmır”, – İran rəsmis bildirib.

İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya arasında İranın nüvə fəaliyyətinə dair danışıqlar 14 iyul 2015-ci ildə əldə olunmuş razılaşma ilə yekunlaşıb.

6 gün sonra bu razılaşma BMGK-da səsə qoyulub və 2231 saylı fərman olaraq qəbul edilib.

Sözügedən fərman İranın ballistik raket fəaliyyətlərinə qarşı bir sıra sanksiyaları əhatə edir. Sanksiyaların başa çatması İrana ballistik raket fəaliyyətlərində öz inventarını inkişaf etdirmək və yeniləmək imkanı verir.