ABŞ-ın Kolorado ştatında bir dəfn evində şikayətdən sonra tapılan çürümüş cəsədlərin sayı 189-a yüksəlib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər Denverin Penrose qəsəbəsindəki Təbiətə Qayıdış Cənazə Evində oktyabrın 4-dən bəri davam edən araşdırmalarda daha 74 cəsədin tapıldığını açıqlayıb. Bundan əvvəl dəfn evində 115 cəsəd tapılmışdı.
Səlahiyyətlilər cənazə evində tapılan cəsədlərin ümumi sayının 189-a yüksəldiyini bildirib, axtarış işlərinin davam etdiyinə və sayının arta biləcəyinə diqqət çəkib.
Səlahiyyətlilər qeyd edib ki, meyitlərin şəxsiyyətləri müəyyən olunarsa, yaxın günlərdə ailələrə məlumat veriləcək.
Sözügedən cənazə evinin sahibi Con Hallfordun Kolorado Əyaləti Cənazə Evinin direktoru ilə görüşündə cəsədlərin düzgün saxlanmadığını gizlətməyə çalışdığı, lakin ərazidə problem olduğunu etiraf etdiyi vurğulanıb.
Ətrafa yayılan pis qoxu ilə əlaqədar ətrafdakıların şikayəti əsasında oktyabrın 4-də “Təbiətə Dönüş Dəfn Evi”ndə araşdırmalara başlanılıb.
Polis cənazə evində saxlanılan cəsədlərin qalıqlarının “sağlamlıq üçün təhlükəli vəziyyət” təşkil etmədiyini bildirib.
Kolorado ştatının qanunlarına görə, 24 saat ərzində dəfn edilməyən cəsədlər morqlarda soyuducuda saxlanmalıdır.