Oktyabrın 14-də, axşam saatlarında qonşu Gürcüstanın Marneuli şəhər mərkəzində baş vermiş ağır yol qəzası zamanı yaralanmış şəxslərdən biri Tbilisidə xəstəxanada vəfat edib.
Bu barədə İnterpress.az-a mərhumun yaxınları məlumat verib.
Həkimlərin müdaxiləsinə baxmayaraq gəncin həyatını xilas etmək mümkün olmayıb.
Həyatını itirən gənc Marneuli İdman Məktəbinin yetirməsi Beka Tsipianidir.
Xatırladaq ki, 14 oktyabrda baş vermiş hadisə zamanı “Mercedes” markalı avtomobillə “Honda” markalı avtomobil toqquşub, nəticədə bir neçə nəfər xəsarət alıb.