İsrail və SpaceX arasında peyk interneti üçün danışıqlar aparılırbackend

İsrail və SpaceX arasında peyk interneti üçün danışıqlar aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail amerikalı milyarder İlon Maska məxsus SpaceX şirkəti ilə Starlink peyk internet sistemindən istifadə üçün danışıqlara başlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İsrail Telekommunikasiya Nazirliyi Starlink peyk internet sistemindən istifadə üçün SpaceX şirkəti ilə danışıqlar apardıqlarını açıqlayıb.

Danışıqlara başlanıldığı bildirilən açıqlamada, bu addımla Qəzza sərhədi ətrafındakı qəsəbələrə və döyüş bölgələrinə fasiləsiz internet xidmətinin veriləcəyi bildirilib.

Açıqlamada İsrailin digər sistemlərin sıradan çıxması halında ehtiyat nüsxə kimi xidmət edəcək Starlink-ə ilk dəfə müraciət edəcəyi də qeyd edilib.

Bloomberg-in məlumatına görə, şirkət hələlik İsrailin tələbini qəbul etməyib və nazirliyin bəyanatına münasibət bildirməyib.

İsrail ordusu Qəzza sərhəddində ağır şəkildə cəmləşərkən, həm yerli, həm də beynəlxalq mətbuatda mümkün quru əməliyyatının “sona çatdığını” bildirən şərhlər yer alıb.

İsrail belə bir vəziyyətdə internet xidmətlərinə təsir edə biləcək inkişaflardan narahatdır.