Türkiyənin Trabzon şəhərində tərk edilmiş binada Gürcüstan vətəndaşının meyiti tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, 67 yaşlı qadının küt alətlə başından vurularaq öldürüldüyü məlum olub.
Məlumata əsasən, qadını 16 dəfə məhkum olunmuş 49 yaşlı Türkiyə vətəndaşı qətlə yetirib.
Türkiyə polisi qətlin izlərini müşahidə kamerası qeydləri ilə aşkar edib və qətldə təqsirləndirilən şəxs artıq həbs edilib.
Həbs olunan şəxs, qadınla aralarında olan pul mübahisəsi səbəbindən cinayəti törətdiyini etiraf edib, faktla bağlı araşdırma davam etdirilir.