Son 18 ayda 62 polis əməkdaşı məsuliyyətə cəlb edilibbackend

Son 18 ayda 62 polis əməkdaşı məsuliyyətə cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda Xüsusi İstintaq Xidməti səlahiyyətlərinin artırıldığı 2022-ci il martın 1-dən bu günədək 139 nəfəri ifşa edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bel ki, son 18 ay ərzində ifşa edilmiş 139 nəfərdən 62 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Xüsusi İstintaq Xidməti dövlət məmurları tərəfindən törədilmiş zorakılıq, işgəncə və pis rəftar faktları ilə yanaşı, vətəndaşların şəxsi toxunulmazlığına qarşı, jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə, insan hüquq və azadlıqlarına qarşı digər cinayətləri də araşdırıb.

“Xüsusi İstintaq Xidməti tərəfindən ifşa olunmuş 139 nəfərdən 62-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır ki, onlar vətəndaşlara qarşı nalayiq rəftar və zorakılığa görə cinayət məsuliyyətinə cəlb ediliblər. 65 nəfər şəxsi həyatın toxunulmazlığının pozulmasına, insan hüquq və azadlıqlarına qarşı cinayətlərə görə, 12 nəfəri isə jurnalistlərə qarşı törətdikləri qanun pozuntularına görə ifşa edilib,”- deyə qurumun açıqlamasında bildirilir.