“Bu gün yaşadığımız əsas problemlərdən biri də islamofobiyadır”.
İnterpress.az cəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Kocali universitetinin yeni tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu, irqçiliyin təzahürüdür: “İslama qarşı düşmənçilik təkcə ideoloji məsələ deyil. Bu, həm də bəzilərinin digərlərini aşağılamasının göstəricisidir”.
N. Kurtulmuş söyləyib ki, islamofobiya ilə bağlı ictimai rəy dəyişilməlidir.