ABŞ Dövlət Departamenti Amerika vətəndaşları üçün “zorakılıq aktları potensialına görə” dünya üzrə səyahət xəbərdarlığı edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nazirlikdən verilən açıqlamada xəbərdarlığa səbəb kimi dünyanın müxtəlif bölgələrində gərginliyin artması, terror aktları, nümayişlər və ya Amerika vətəndaşlarına və maraqlarına qarşı zorakılıq aktları potensialı göstərilib.
Xəbərdarlıqda xaricdəki Amerika vətəndaşlarından turistlərin tez-tez ziyarət etdiyi ərazilərdə diqqətli olmaları istənilib.
Xarici İşlər Nazirliyi belə bir xəbərdarlığı sonuncu dəfə 2022-ci ilin avqustunda Əl-Qaidə lideri Ayman əl-Zəvahirinin öldürülməsindən sonra verib.