İranın xarici işlər naziri: Region barut çəlləyinə bənzəyirbackend

İranın xarici işlər naziri: Region barut çəlləyinə bənzəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Region barut çəlləyinə bənzəyir. Hadisələrin nəzarətdən çıxması ehtimalı var.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O, İsrailin Qəzzaya hücumları səbəbilə bölgənin “barut çəlləyinə” çevrildiyini deyib.

Abdullahiyan Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclası ilə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

İclasda iştirak edən bütün xarici işlər nazirlərinin müharibəni ən qısa zamanda dayandırmaq üçün razılaşdıqlarını ifadə edən Abdullahiyan, İsrailin Fələstinə qarşı zorakılığının bölgəyə təsiri ilə bağlı xəbərdarlıq edib:

“Bölgə barut çəlləyinə bənzəyir. Partlayış və hadisələrin nəzarətdən çıxma ehtimalı var. Ümid edirik ki, Qəzza xalqına qarşı törədilən hərbi cinayətlər ən qısa zamanda sona çatacaq. Hər kəs müharibənin yayılmasından narahatdır. Vəziyyət aydındır, belə bir hadisə hər an baş verə bilər”.

Dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirakçılığı üzrə İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar iclası keçirilib.