“Tammi” tropik qasırğası qərbə doğru hərəkət etdiyinə görə Barbados, Dominika, Fransanın Martinik və Qvadelupa adaları üçün xəbərdarlıq edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) tropik Tammi qasırğasının mərkəzinin Windward adalarının şərqində olduğunu və saatda 27 kilometr sürətlə qərbə doğru irəlilədiyini açıqlayıb.
Karib hövzəsindəki Barbados və Dominika ilə yanaşı, Fransanın Martinik və Qvadelupa adalarında da bölgədə tropik fırtına ola biləcəyi ilə bağlı xəbərdarlıqlar olunub, yaxın saatlarda əlavə xəbərdarlıqların gələ biləcəyi qeyd edilib.
Tammi oktyabrın 20-nə qədər Windward və Leeward adalarının şimalında güclü yağışlara səbəb olduqdan sonra bu yağışların həftə sonu ABŞ Vircin Adaları, Britaniya Virciniya Adaları və Puerto Rikoda təsirli olacağı gözlənilir.
Bu yağışlardan sonra daşqınların baş verə biləcəyini bildirən NHC, yaxın 7 gündə tropik siklonun gözlənilmədiyini açıqlayıb.