Polşada daha bir Gürcüstan vətəndaşı olan kriminal avtoritet saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilir ki, 54 yaşlı kişi avtomobildən içərisində pul və sənədlər olan çantanı oğurlayıb.
Zərərçəkmiş qadın hadisə şahidləri ilə birlikdə cinayətkarı yaxalayaraq polisə verib.
Saxlanılan şəxs cinayəti etiraf edib.
Onu 5 ilə qədər həbs gözləyir.