Martinikanın Azadlıq Partiyasının nümayəndəsi: “Fransa bizi minillərdir yaşadığımız ərazilərdən qovub”backend

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi: “Fransa bizi minillərdir yaşadığımız ərazilərdən qovub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa bizi minillərdir məskunlaşdığımız ərazilərdən qovub”.

İnterpress.az xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, bu gün də Fransa müstəmləkəçiliyinin davam etdiyini bildirib: “Hazırda Bakıda müzakirələr apardığımız vaxtda insan həyatları təhlükəyə atılır”.

Lyuk Frensis Kerol Azərbaycan dövlətinə səslərinin eşidilməsinə dəstək verdiyinə görə də təşəkkür edib: “Azərbaycana səylərinə görə təşəkkür edirəm. Biz bu günlərdə Afrikadakı neokolonializm haqqında danışmaq imkanına sahibik. Onu deməliyik ki, minilliklər ərzində məskunlaşdığımız ərazilərdən Fransa tərəfindən qovulmuşuq. Milyonlarla insan Cənubi və Şimali Amerikaya deportasiya edilib. Bu gün Amerika qitəsində ən kasıb, yoxsul insanlar Afrikadan gələnlərdir. Çünki onlar Amerikaya deportasiya olunublar. Fransa dövləti isə problemimizin həlli ilə məşğul olmaq istəmir”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.