Kolumbiya prezidenti Qustavo Petro Boqotadakı İsrail və Fələstin səfirlikləri ilə görüşdükdən sonra Ramallahda səfirlik açacağını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ramallahda səfirlik açacağını bildirən Petro deyib: “İki müstəqil və azad dövlətin yolunu açacaq beynəlxalq sülh konfransına nail olmaq mövzusunda mövqeyimi ifadə etdim. İsrail və Fələstinlə həmrəy olduğumu vurğuladım. Sülh içində yaşamağa ehtiyacı olan və bu hüquqlara sahib olan uşaqlar Qəzzaya humanitar yardım daşıyan təyyarə göndərəcəyik. Kolumbiya Fələstinin Ramallah şəhərində səfirliyini açacaq”.