3 ay ərzində ən çox Gürcüstan vətəndaşı Almaniyadan qaytarılıbbackend

3 ay ərzində ən çox Gürcüstan vətəndaşı Almaniyadan qaytarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son üç ayda (iyul, avqust, sentyabr) readmissiya çərçivəsində 1070 nəfərin Aİ ölkələrindən Gürcüstana qayıtmasına icazə verilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan üç ayda readmissiya ilə bağlı ümumilikdə 1074 müraciətə baxılıb, onlardan 1070-nə razılıq verilib, 4-nə isə rədd cavabı verilib.

Qeyd edək ki, Gürcüstana ən çox – 696 vətəndaşın qayıtması ilə bağlı qərar Almaniyada verilib. Sonra Fransa (136), İsveçrə (48); Yunanıstan (33); İspaniya (26); Polşa (30); İtaliya (21); Hollandiya (15); Avstriya (13) gəlir.