Gürcüstanda Marneuli şəhərinin Rustaveli küçəsində Durmuşxan Mağalaşvili adına körpünün bərpası artıq dörd aydır davam edir.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, təmir-bərpa işlərini “İrlani” MMC şirkəti 1 878 333 lari müqabilində həyata keçirir.
Marneuli meriyası və “İrlani” MMC arasında bağlanmış müqaviləyə əsasən, Mağalaşvili körpüsünün bərpası işləri müqavilə bağlandıqdan 5 ay ərzində (noyabr ayında) başa çatdırılmalı idi.
Marneuli meriyasına “İrlani” MMC tərəfindən yazılmış məktubdan aydın olur ki, Mağalaşvili körpüsünün bərpası işləri nəzərdə tutulmuş vaxtda başa çatdırılmayacaq. Şirkət meriyaya problemlərin siyahısını göndərib. Həmin problemlərə görə, işlərin başa çatdırılması müddətinin uzadılmasının lazım gəldiyi qeyd olunub.
Şirkət tərəfindən Marneuli meriyasına yazılmış işlərin davam etdirilməsinə mane olan 7 səbəb göstərilib. Bunlar körpünün hərəkət hissəsinin bir tərəfli qaydada bağlamaq mümkün olmaması, körpünün hər iki tərəfində müxtəlif obyektlərə məxsus kommunikasiya xətlərinin mövcud olması, körpünün altındakı yolun hərəkət hissəsində dirəyin təmirinin gecikdirlməsi və s.
Şirkətdən bildirilib ki, sözügedən problemlər işlərin vaxtında bitməsinə imkan verməyəcək.
Qeyd edək ki, təmir-bərpa üçün elan edilən layihənin ümumi dəyəri 1 878 333 lari olaraq müəyyən edilib. Vəsaitin 95%-i dövlət, 5% isə yerli büdcədən maliyyələşdirilir.