2020-ci ildə Böyük Britaniyaya gələrək sığınacaq axtaran şəxs terror aktı törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Bu barədə İnterpress.az “The Daily Telegraph” nəşrinə istinadən xəbər verir.
Hadisənin təfərrüatları hüquqi və siyasi səbəblərdən indiki mərhələdə açıqlanmır.
Saxlanılan şəxs terror tərifinə daxil ola biləcək cinayət törətməkdə şübhəli bilinir. Belə ki, o, öz hərəkətini İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətləri və fələstinli uşaqların ölümünün qisasını almaq istəyi ilə izah edib.
Britaniya təhlükəsizlik orqanları ilə əlaqəli mənbə nəşrə deyib ki, baş verənlər təkrar insidentlərin qarşısını almaq və ya imitasiyaçıların ortaya çıxması üçün gizlədilib.
Bundan əvvəl Britaniyanın “MI5” əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ölkədə terror aktlarına səbəb ola biləcəyini etiraf edib.