Azərbayca-Ermənistan arasında sülh sazişi nə yerdədir?backend

Azərbayca-Ermənistan arasında sülh sazişi nə yerdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan sülh sazişinin hazırlanması çərçivəsində Azərbaycanla üç prinsipin razılaşdırıldığını bəyan edib”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki, sazişə əsasən, Ermənistanın 29,8 min, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisi qarşılıqlı olaraq tanınır:

“Sərhədin delimitasiyası Almatı bəyannaməsi əsasında aparılacaq: tərəflər qəbul edir ki, sovet respublikalarının inzibati sərhədləri ölkələrin dövlət sərhədidir və bu toxunulmazdır. Ölkələrin yurisdiksiyasında fəaliyyət göstərəcək regional kommuniasiyalar bərabərlik və qarşılıqlı şəkildə açılacaq. Birinci prinsip Bakı tərəfindən qəbul edilsə də, digər iki məsələdə yanaşma fərqliliyi var və Nikolun açıqladığı daha çox Ermənistanın istəyi – arzusudur, hərçənd, erməni baş nazir “razılaşdırıldığını” iddia edir. Bakının bu “razılaşmadan” xəbəri varmı, orası müəmma olaraq qalır”.