İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin təkrar görüşü keçirilə bilər.
İnterpress.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı məsləhətləşmələr davam edir.
Xatırladaq ki, oktyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr müzakirə olunub.