ABŞ-də hamilə qadın QƏTLƏ YETİRİLDİ: Körpəsi bətnindən ÇIXARILDI – FOTObackend

ABŞ-də hamilə qadın QƏTLƏ YETİRİLDİ: Körpəsi bətnindən ÇIXARILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də hamilə qadın evində öldürülüb – bətnindəki körpə yoxa çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

ABŞ-nin Kentukki ştatında 41 yaşlı Eypril Barlou Selio öz evində ölü tapılıb.

Məlumata görə, qadının meyiti sentyabrın 23-də aşkarlanıb. Ertəsi gün aparılan məhkəmə-tibbi ekspertizası zamanı onun hamilə olduğu müəyyən edilib. Lakin bətnində dölün olmadığı üzə çıxıb.

Daha sonra istintaq əməkdaşları qadının evində doğulmamış körpəyə aid olduğu ehtimal edilən qalıqlar aşkar ediblər.

Hadisə ilə bağlı əvvəllər məhkum olunmuş DeMarkus Kennet Conson-Rait şübhəli şəxs qismində saxlanılıb. Onun evində işlə bağlı materialların aşkarlandığı bildirilir.

Şübhəli şəxs hazırda ekstradisiya gözləyərək təcridxanada saxlanılır.

Xuraman Etibarlı

İnterpress.az