Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların sayı artırılıb.
İnterpress.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.
Həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi Azərbaycanın 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.
Mədəniyyət Nazirliyi və Maliyyə Nazirliyi Azərbaycanın 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alacaq və Qərardan irəli gələn digər məsələləri həll edəcək.