Belçika həmkarlar ittifaqından öz üzvlərinə ÇAĞIRIŞbackend

Belçika həmkarlar ittifaqından öz üzvlərinə ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada nəqliyyat işçiləri həmkarlar ittifaqları liman və hava limanlarında çalışan üzvlərini ölkədə istehsal olunan silahların İsrailə göndərilməsinin qarşısını almağa çağırıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Belçikada nəqliyyat sektorunda təşkil edilən qabaqcıl silah istehsallarından biri olan AVC Puls, BTB, BBTK və ACV-Transcom birliklərinin üzvlərinə edilən çağırışda deyilir: “Fələstində soyqırım davam edərkən, Belçikada hava limanlarında və limanlarda çalışan işçilər silahların döyüş meydanına getdiyini görə bilirlər. Bu silahların yüklənməsi olmaz. İnsanların öldürülməsinə töhfə verir”.

Buna görə də yerüstü xidmət və nəqliyyat sektorunda fəaliyyət göstərən həmkarlar ittifaqı üzvlərindən İsrailə göndərilən hərbi yükləri yükləməmələrini xahiş ediblər.

Bildirilib ki, Rusiya ilə Ukrayna arasında müharibənin başlanğıcında Rusiyaya silah göndərilməsinin qarşısını almaq üçün tətbiq edilən qaydalar belə bir hərəkəti mümkün edib.

Həmkarlar ittifaqlarının məsələ ilə bağlı bəyanatında dərhal atəşkəs çağırışı edilib: “Biz Belçikadakı federal və yerli hökumətlərin ardıcıl olmasını və Belçikanın hava limanlarından və limanlarından silah daşınmasına icazə verməməsini tələb edirik”.