İran: ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumların bizimlə heç bir əlaqəsi yoxdurbackend

İran: ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumların bizimlə heç bir əlaqəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın daxili işlər naziri Əhməd Vahidi deyib ki, İranın dəstəklədiyi milis qrupların Suriya və İraqdakı ABŞ bazalarına hücumları ABŞ-ın İsrailin fələstinlilərə qarşı hücumlarına açıq dəstəyinə qarşı təbii hərəkətdir və İranla heç bir əlaqəsi yoxdur.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, daxili işlər naziri Vəhidi paytaxt Tehranda mətbuata verdiyi açıqlamada ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumları ilə bağlı Vaşinqton rəhbərliyinin İrana qarşı irəli sürdüyü ittihamlara toxunub.

İsrailin ABŞ-ın dəstəyi ilə Qəzzaya hücumlarını davam etdirdiyini bildirən Vahidi deyib ki, ABŞ bu müharibəyə rəhbərlik edir. Qəzza xalqının məruz qaldığı zülmdən müsəlmanların narahat olması tamamilə təbiidir. ABŞ bunu bilməlidir. onun hərəkətləri cavabsız qalmayacaq.Ona görə də onlar əsl günahkar kimi hər yerdə hədəfə alına bilər və bu İranla heç bir əlaqəsi yoxdur.

Oktyabrın 17-də İran lideri Ayətullah Əli Xamenei çıxışında bildirib ki, İsrailin hücumları davam edərsə, bölgədəki “müqavimət qüvvələri” hərəkətə keçəcək. Suriyada son günlər İraq sərhədinə yaxın Malikiyye mahalı, Şəddadi, Tenef bölgəsində ABŞ ordusunun yerləşdirildiyi bazalara silahlı pilotsuz uçuş aparatları (PUA) və yerdən-yerə silahlarla hücumlar təşkil edilib.

Hücumlara görə məsuliyyəti Suriya və İraqda İranın dəstəklədiyi milis qrupları öz üzərinə götürüb. Hücumlarda İranı günahlandıran ABŞ rəhbərliyi oktyabrın 27-də Suriyanın şərqində İran İnqilab Keşikçiləri Ordusu və ona bağlı qrupların istifadə etdiyi 2 obyektə hava hücumu təşkil edildiyini açıqlayıb.