Tesla, SpaceX və X sosial media platformasının sahibi Elon Musk süni intellektin bəşəriyyətin üzləşdiyi ən təcili ekzistensial risk olduğuna diqqət çəkib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mask İngiltərədə keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammiti çərçivəsində danışıb.
Süni intellektin ən böyük təhdidlərdən biri olduğuna diqqət çəkən Musk deyib:“İlk dəfə ən ağıllı insandan belə daha ağıllı olacaq bir şeylə qarşı-qarşıyayıq”.
Musk insanların ən sürətli və ya ən güclü canlılar olmasa da, ən ağıllı canlılar olduğunu bildirib və süni intellektin daha ağıllı olacağını qeyd edib. Süni intellektin bəşəriyyətin xeyrinə istifadə edilməsinin zəruriliyini vurğulayan Musk əlavə edib ki, süni intellekt üzləşdiyimiz ekzistensial risklərdən biri və ən aktualıdır.
Dünyada süni intellekt təhlükəsizliyi sahəsində keçirilən ilk tədbir olan Süni İntellekt Təhlükəsizliyi Sammitindən danışan Mask tədbirin vaxtının çox düzgün olduğunu bildirib. Öz sahəsində ilk sammit olan tədbir Milton Keyns şəhərindəki Bletçli parkında keçirilir, burada nasist Almaniyasının kodları sındırılır və şifrənin açılması üçün kompüterlərin təməli qoyulur. İki gün davam edəcək tədbir çərçivəsində süni intellektin ictimai fayda üçün istifadəsi və onun riskləri müzakirə olunacaq.