Azərbaycanda gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasına 42 milyon manat ayrılacaqbackend

Azərbaycanda gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasına 42 milyon manat ayrılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il Azərbaycanda dövlət büdcəsindən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün 42 milyon manat ayrılacaq.

İnterpress.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Vəsait Daxili İşlər Nazirliyinin sərəncamına veriləcək.

Azərbaycanda 2018-ci il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.