“Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində bütün təmasları alqışlayır”.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Tərəflərə və bütövlükdə bölgəyə fayda gətirən hər şeyi dəstəkləyirik. Hesab edirik ki, ikitərəfli münasibətlərin normallaşmasının Yol xəritəsi üçtərəfli razılaşmalar kompleksi olaraq qalır. Buraya iki ölkə arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası və s. daxildir”, – M.Zaxarova bildirib.
O, həmçinin qeyd edib ki, Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.