Moldova MDB-yə üzvlük haqqı ödəməkdən imtina edirbackend

Moldova MDB-yə üzvlük haqqı ödəməkdən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova MDB və onunla əlaqəli təşkilatlara üzvlük haqlarının ödənilməsini dayandıracaq.

İnterpress.az xəbər verir ki, 2024-cü il üçün ölkənin büdcəsi haqqında qanun layihəsinə əsasən, Moldova hökuməti aprel ayında MDB çərçivəsində bağlanmış sazişlərin əksəriyyətini rəsmən ləğv etmək niyyətində olduğunu bəyan edib.

“Hökumət MDB-ni illik üzvlük haqqı ödənilən təşkilatlar siyahısından çıxaracaq. Qərar Moldovanın MDB platformasında yaradılmış təşkilatlarda iştirakla, habelə beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı tətbiq etdiyi bank sanksiyaları ilə bağlı bir sıra sənədləri denonsasiya etməsi ilə əlaqədar qəbul ediləcək”, – deyə Moldovanın Maliyyə Nazirliyi məlumat yayıb.

Moldovanın büdcəsi haqqında qanun layihəsində 2023-cü ildə beynəlxalq təşkilatlara illik üzvlük haqlarının ödənilməsi üçün ayrılan məbləğin 16 milyon ley (təxminən 900 min dollar) azaldılaraq 50,5 milyon leyə (təxminən 2,9 milyon dollar) endirilməsi nəzərdə tutulur.

“Xərclərin azalması onunla bağlıdır ki, artıq 2023-cü ildə Moldova MDB Parlamentlərarası Assambleyasında və bu icmanın yeddi təşkilatında iştirak üçün ianə ödəməyəcək – demək olar ki, 8,2 milyon ley (təxminən 450 min dollar)”, – nazirlik qeyd edib.

Qeyd edək ki, 2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan az sonra Moldova hakimiyyəti MDB-dən çıxmaq niyyətini açıqlayıb. Ötən ilin yazında Kişineu MDB-nin Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və Xarici İşlər Nazirləri Şurası kimi əsas orqanlarında fəaliyyətini mahiyyətcə dayandırıb. 2023-cü ilin iyulunda Moldova MDB Parlamentlərarası Assambleyasından çıxmağa başlayıb. Avqustun sonunda Moldova MDB-də tərk-silah məsələləri üzrə komissiyanın yaradılması haqqında sazişi denonsasiya edib.