Meksikada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölübbackend

Meksikada təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Morelos əyalətində təcili tibbi yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bildirilib ki, təcili tibbi yardım təyyarəsi əyalətin Temiksko şəhərinin Tetlama şəhəri yaxınlığında meşəlik əraziyə düşüb.

4 ekipaj üzvünün hamısının həyatını itirdiyi qəzaya ordu, Milli Qvardiya və dövlət təhlükəsizlik qüvvələrinin əməkdaşlarının müdaxilə etdiyi açıqlanıb.

Qəzanın səbəbi hələ məlum olmasa da, Morelos Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.