ABŞ-ın Virgin adalarında içməli su çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edilibbackend

ABŞ-ın Virgin adalarında içməli su çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Virciniya adalarında içməli suda qurğuşun və mis aşkar edildikdən sonra fövqəladə vəziyyət elan edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ Virciniya adalarının qubernatoru Alberi Brayan açıqlamasında Santa Cruz adasında krandan suda qurğuşun və mis izlərinin tapıldığını bildirib.

Bryan, adalarda fövqəladə vəziyyətin elan edildiyini və səlahiyyətlilərin Santa Cruzda suyun tədqiqinə davam etdiyini açıqlayıb.

Səlahiyyətlilər, adalarda kran suyunun içilməməsi və yemək bişirmək üçün istifadə edilməməsi barədə xəbərdarlıq edərək, suyun təmizlik üçün istifadə edilməsinin sağlamlığa heç bir təhlükə yaratmadığını bildirib.

Təxminən 51 min insanın yaşadığı Santa Cruz adasındakı krandan qırmızı-qəhvəyi su gələn insanların şikayətindən sonra səlahiyyətlilər sentyabrın sonunda araşdırma başlayıb.