Türkiyənin Kırklareli ərazisində meşəyə giriş qadağan olunub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Kırklareli valiliyi noyabrın 1-dən dekabrın 31-dək şəhər daxilində meşəlik ərazilərə girişi qadağan edib.
Yüksək riskli meteoroloji şərtlər səbəbiylə meşələrə girişin 61 gün müddətinə qadağan edildiyi bildirilib.
Bu mövzuda həssaslıq tələb olunan bəyanatda meşə yanğınları ilə mübarizə çərçivəsində əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu bildirilib.