“Azəriqaz” şəhid ailə üzvləri və qazilərin müraciətlərinin sayını açıqlayıbbackend

“Azəriqaz” şəhid ailə üzvləri və qazilərin müraciətlərinin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-sentyabr aylarında 83 müharibə iştirakçısı və 6 şəhid ailəsinin üzvü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində işlə təmin olunub.

İnterpress.az-ın məlumatına görə, “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bundan əlavə şəhid ailələrinin və müharibə iştirakçılarının qaz təchizatı ilə bağlı müraciətləri də diqqətdən kənarda qalmır: “Bu ilin 9 ayı ərzində “Azəriqaz”ın tabeliyində olan struktur bölmələri tərəfindən ümumilikdə 315 şəhid ailəsi üzvünün və 1 160 müharibə iştirakçısının qaz təsərrüfatı ilə bağlı müxtəlifyönümlü müraciətləri icra olunub”.

O qeyd edib ki, bu müddət ərzində Birliyin Təmir-tikinti İdarəsi tərəfindən Bakı şəhəri və Abşeron rayonu üzrə 92 şəhid ailəsi üzvünün 442 qazi və müharibə iştirakçısının qaz təsərrüfatı ilə müraciətləri tam olaraq həllini tapıb: “Bu dövrdə Xaçmaz Regional Qaz İstismar İdarəsi (RQİİ) tərəfindən 6 şəhid ailəsi üzvünün 47 qazi və müharibə iştirakçısının, Salyan RQİİ tərəfindən 19 şəhid ailəsi üzvünün 92 qazi və müharibə iştirakçısının, Ağsu RQİİ tərəfindən 36 şəhid ailəsi üzvünün 94 qazi və müharibə iştirakçısının, Lənkəran RQİİ tərəfindən 37 şəhid ailəsi üzvünün 76 qazi və müharibə iştirakçısının qaz təsərrüfatı ilə müraciətləri təmin edilib”.

E. Vəliyev deyib ki, cari ilin 9 ayında Tərtər RQİİ tərəfindən 34 şəhid ailəsi üzvünün 91 qazi və müharibə iştirakçısının, Gəncə RQİİ tərəfindən 6 şəhid ailəsi üzvünün 67 qazi və müharibə iştirakçısının, Şəmkir RQİİ tərəfindən 7 şəhid ailəsi üzvünün 17 qazi və müharibə iştirakçısının, Zaqatala RQİİ tərəfindən 18 şəhid ailəsi üzvünün 50 qazi və müharibə iştirakçısının, Sumqayıt Qaz İstismarı Sahəsindən isə 6 şəhid ailəsi üzvünün 10 qazi və müharibə iştirakçısının müraciəti icra edilib.

O vurğulayıb ki, bu müddət ərzində Bakı RQİİ tərəfindən isə 57 şəhid ailəsi üzvünün 174 qazi və müharibə iştirakçısının qaz təsərrüfatı ilə müraciətləri tam olaraq həllini tapıb: “Bununla bağlı işlər bundan sonra da davam etdiriləcək”.