KİV: “ABŞ və Aİ Ukraynanı Rusiya ilə aktiv danışıqlara çağırır”backend

KİV: “ABŞ və Aİ Ukraynanı Rusiya ilə aktiv danışıqlara çağırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Avropa İttifaqının nümayəndələri Ukraynada sülh imkanlarını müzakirə etməyə başlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-ın “NBC nyus” nəşri yazıb.

Bildirilib ki, müzakirələr zamanı Ukraynanın nələrdən imtina etməsi məsələsi barədə fikir mübadiləsi aparılıb.

Nəşrin yazdığına görə, buna səbəb ABŞ və Aİ müharibənin dalana dirənməsi barədə qənaəti, həmçinin, Ukraynaya yardımın davam etdirilməsi barədə şübhələridir.

Qeyd olunub ki, ABŞ hökuməti İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Ukraynadakı müharibəyə ictimai diqqətin azalmasından narahatdır: “Bu, Ukraynaya dəstəyin azalmasına səbəb ola bilər. Sülh danışıqları ilə bağlı aktiv danışıqlara ehtiyac var. Amma bu, ilin sonuna qədər çəkə və ya daha çox vaxt ala bilər”.

İddiaya görə, Qərbin Ukraynaya dəstəyinin azalmasına baxmayaraq, ABŞ Prezidenti Cozef Bayden hələ də rəsmi Kiyevin qələbəsinə ümid edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü təmin olunmadan danışıqlar olmayacaq.