Tahir Mirkişili: “Orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 53 %-ə çatıb”backend

Tahir Mirkişili: “Orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 53 %-ə çatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 52,9 %-dir.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin parlamentin Əmək və sosial siyasət komitəsi ilə birgə iclasında bildirib.

“Bu nisbət çox mühüm, dünyada ən çox müzakirə olunan məsələlərdən biridir. Hər bir insanı aldığı maaşın hansı nisbətində pensiya alacağı maraqlandırır. Bəzi beynəlxalq təşkilatlar bu nisbətin 60-65 % olmasını tövsiyə edir. Bu gün bir çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 51,8 %-dir. Bizim əldə etdiyimiz rəqəm bütövlükdə regionda və OECD-də orta göstəricidən yuxarı sayılır və indiki halda məqbul sayıla bilər. Amma bir çox təşkilatlarda və “Azərbaycan – 2030” proqramında belə bir hədəf var ki, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 60-65 %-ə çatdırılsın. Bu istiqamətdə işlərin getməsi vacibdir. Düzdür, son illərdəki işlər nəticəsində bu faizlər getdikcə artır. Amma bizim hesablamalarımıza görə hazırkı mövcud pensiya sistemində olan mexanizmlə o rəqəmi 60-65 %-ə gətirmək riyazi cəhətdən bir qədər çətin olacaq. Amma təklif edirəm ki, gələcəkdə bu məsələni nəzərə alaq”, – deyə o qeyd edib.

“Azərbaycanda bu gün minimim pensiyanın minimum əməkhaqqına nisbəti isə 81,2 %-dir. Bu, o deməkdir ki, biz adekvatlığa minimum əməkhaqqı və minimum pensiya məbləğində nail olmuşuq. Bu, əslində yüksək bir rəqəmdir”, – deyə deputat əlavə edib.

“Bizi ən çox maraqlandıran məsələlərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlığıdır. Onun ən çox ölçülən göstəricilərindən biri adekvatlıqdır”, deyə sədr vurğulayıb.