Toyota 580 mindən çox avtomobili geri çağırıbbackend

Toyota 580 mindən çox avtomobili geri çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toyota Motor 580 mindən çox avtomobili park əyləcindəki montaj səhvləri və ön şüşədən su sızması səbəbindən geri çağırıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Yapon ictimai televiziyası NHK-nın məlumatına görə, Toyota geri çağırılma ilə bağlı Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyini (MLIT) xəbərdar edib.

Bildiriş 2015-ci ilin mayından 2023-cü ilin martına qədər istehsal olunmuş “Sienta” və “Japan Taxi” modellərinin 580 mindən çox avtomobilini əhatə edir.

Sözügedən modellərdə boltların dayanacaq əyləci pedalına möhkəm bərkidilmədiyi və bunun boltların boşalıb yerə düşməsinə səbəb ola biləcəyi bildirilib.

Bildirilib ki, nasazlıq park əyləcinin düzgün işə salınmasının qarşısını almaq və əyləcin hər zaman aktiv qalması da daxil olmaqla risklər daşıyır.

Bildirilib ki, digər nasazlıq isə ön şüşənin relslərindən yağış suyunu sızdıra, islanacaq kabellər isə elektrik sürüşmə qapılarının açılmasına səbəb ola bilər.

Toyota geri çağırılan avtomobillərin ölkə daxilindəki dilerlərdə pulsuz texniki baxışdan keçiriləcəyini və zəruri hallarda hissələrin dəyişdiriləcəyini bildirib.