Bu barədə qəzetin baş redaktoru İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, xakerlər saytı dağıdıb, səhifələrdə guya Azərbaycana məxsus olan öldürülmüş əsgərlərin meyitlərini paylaşıblar. Saytın texniki heyəti tərəfindən dərhal hücumun qarşısı alınıb. Səhər saatlarında saytın fəaliyyəti bərpa edilib. Hazırda arxiv materiallarının bərpası istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, kaspi.az saytı “Kaspi” qəzetinə məxsusdur. Sayt 3 dildə – Azərbaycan, ingilis və rus dillərində xəbərlər yayır. Sayt bir neçə gündür cəbhə bölgəsində gedən döyüşlərlə bağlı məlumatlar yayırdı. Hücumların da bununla bağlı olduğu ehtimal edilir.(qafqazinfo)
İnterpress.az