Azərbaycan XİN rəhbəri: “Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır”backend

Azərbaycan XİN rəhbəri: “Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar F. Mogeriniyə məlumat verib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxsin həlak olub və yaralanıb.

Gərginliyin yaranmasının əsas səbəbinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğunu diqqətə çatdıran nazir gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.

Qeyd edək ki, E. Məmmədyarovun həmkarları ilə intensiv təmasları davam etdirilir.(apa)

İnterpress.az