Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü başa çatdıbackend

Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərəflər qarşılıqlı hörmət, tərəfdaşlıq və bir-birinin daxili işinə qarışmamaq prinispi əsasında gələcəkdə əməkdaşlığı davam etdirməkdə razılığa gəliblər.

XİN rəhbərləri BMT-nin nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsip və normalarına əməl edilməsinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə regionda münaqişələrin həllinə sadiqlik də təsdiq olunub.

Azərbaycan, Rusiya, İran XİN rəhbərləri regionun sabitliyinə və təhlükəsizliyinə təhlükə törədən yeni çağırışlara qarşı mübarizənin gücləndirilməsini qeyd ediblər.

İqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və turizm məsələlərində üçtərəfli formatda əməkdaşlığın inkişafına sadiqlik təsdiq edilib.(Virtual)

İnterpress.az