Sarkisyan Medvedevlə görüşdə Azərbaycanın gücündən DANIŞDIbackend

Sarkisyan Medvedevlə görüşdə Azərbaycanın gücündən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan KİV-nə istinadla xəbər verir ki, Sarkisyan Qarabağ cəbhəsində gərginliyi nəzərdə tutaraq Medvedevin səfərinin mürəkkəb vaxta təsadüf etdiyini bildirib.

O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə çalışırdı. Bununla yanaşı, Ermənistan rəhbəri Azərbaycanın arsenalında olan silahların mükəmməlliyinə də diqqət çəkib.

“Hörmətli Dmitri Anatoliyeviç, siz bilirsiniz ki, Azərbaycanın Rusiyadan əldə etdiyi silahların tam gücü ilə işə salınması Ermənistanda böyük rezonans doğurdu. Bu aydındır. Çünki Ermənistanda xalq Rusiyanı ən yaxın müttəfiq hesab edir”,-deyə o bildirib.

Sarkisyan qeyd edib ki, Azərbaycan ikinci dəfə Qarabağ cəbhəsində analoji addımlar atsa, bu, genişmiqyaslı əməliyyatlara gətirib çıxaracaq.

Prezident Avrasiya İqtisadi İttifaqı ölkələrinin Yerevanda planlaşdırılan tədbirə gəlməkdən imtina etmələrindən heyfsiləndiyini vurğulayıb.

“Təəssüf edirəm ki, Avrasiya İqtisadi İttifaqındakı iştirakçı ölkələrin bəziləri, bizim tərəfdaşlarımız Yerevanda əvvəlcədən planlaşdırılan tədbirə gəlməkdən imtina etdilər. Mən bilmirəm ki, onlar bununla Azərbaycana nə qədər kömək etdilər. Amma dəqiq bilirəm ki, bu hərəkətləri ilə bizim təşkilatımızın nüfuzunu zədələdilər”.

Dmitri Medvedev isə bildirib ki, konfliktin sülh yolu həllinə alternativ yoxdur. O, Yerevana gəlməkdən imtina edən baş nazirlərlə bağlı da danışıb:

“Mən bizim partnyorlarımızla mütləq danışacağam. Onların davranışını qismən anlamaq olar. Çünki heç kim belə cari vəziyyət barədə əvvəlcədən xəbərdar edilmir. İndi ən vacib məqam tempi itirməmək və hansısa süni problemlər yaratmamaqdır. Biz Yerevanda hökumət başçılarının Şura iclaslarını keçirməyə çalışacağıq”.

Xatırladaq ki, Yerevanda Avrasiya İqtisadi Komissiyasının (AİK) sammiti baş tutmayıb.
Diplomatik mənbələrin məlumatına görə, sammit Qazaxıstanın təkidi ilə təxirə salınıb. Qazaxıstan hesab edir ki, Qarabağ münaqişəsinin gərginləşdiyi günlərdə Yerevanda sammitin keçirilməsi Ermənistana birtərəfli dəstək kimi qəbul edilə bilər. (modern.az)

İnterpress.az