Sankt-Peterburqda MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıbbackend

Sankt-Peterburqda MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

İnterpress.az bu barədə TASS-a istinadən xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı müzakirələr aparmağa dəvət edib.

Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.