Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlığa davam edir.
İnterpress.az xəbər verir ki, ilk dəfə səs verəcək tələbələrə seçki hüququ ilə bağlı maarifləndirici seminarlarla yanaşı prosesə töhfə vermək üçün müşahidəçi qismində iştirak edəcək tələbələri də müəyyənləşdirilib.
Müşahidəçi qismində iştirak edəcək Tələbə Gənclər Təşkilatlarının fəal üzvlərinin siyahısı hazırlanıb, onların qeydiyyatdan keçməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub.
Müşahidəçilər seçicilərin iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətmədən, səsvermənin gizliliyini saxlanılmasına kömək göstərəcək, seçki prosesinin şəffaflığına nəzarət edəcəklər.
ATGTİ bütün tələbə gəncləri fevralın 7-də səsvermədə fəal iştirak etməyə çağırıb.